Qazaxıstanın baş naziri özünü təcrid edib

Askar Mamin

Qazaxıstanın Baş naziri Askar Mamin ölkənin səhiyyə nazirində koronavirus çıxandan sonra özünü təcrid edib.

Baş nazirin sözçüsü Zarina Nurlanova iyunun 14-də Facebook-da yazıb ki, Mamin-in testi neqativ çıxıb və işinə davam edəcək.

Mamin iyunun 12-də Səhiyyə naziri Yerlen Birtanov-la birlikdə Jambil vilayətinə səfər edib. Birtanov iyunun 14-də bildirib ki, onda testin nəticəsi müsbət çıxıb və xəstəxanaya yerləşdirilib.

“Əməl elədiyimi sərt sanitar qaydalara baxmayaraq, həmişə risklər qalır”, – o, Facebook-da yazıb və qazaxıstanlıları fiziki məsafəyə əməl etməyə, maska taxmağa, gigiyena qaydalarına əməl etməyə çağırıb.

Nurlanova hər iki nazirin birgə səfər zamanı maska taxdığını söyləyib.

Facebook-da yerləşdirilmiş fotolarda da onların maska taxdığı görünür. Nazirlər farmaseptik zavodun açılışına qatılıblar.

Son məlumata görə, Qazaxıstanda 19 minə yaxın yoluxan var, 77 xəstə vəfat edib.

Real rəqəmlərin daha yüksək olduğu güman edilir.