Şimali Makedoniya seçki keçirəcək

Zoran Zaev

Şimali Makedoniyanın siyasi partiyaları iyulun 15-də parlament seçkisi keçirilməsi üzrə razılıq əldə ediblər. Bu arada ölkədə koronavirus infeksiyalarında azalma müşahidə olunmur.

Seçki ölkənin Avropa Birliyinə (AB) üzvlüyü yolunda vacib addım hesab edilir.

NATO-ya təzəlikcə qəbul olunmuş Şimali Makedoniyada seçki keçmiş baş nazir Zoran Zaev-in Sosial Demokratlarının yürütdüyü AB-pərəst siyasətə dəstəyin miqyasını üzə çıxaracaq.

AB yanvarda üzvlük danışıqları üçün tarix açıqlamadığına görə Zaev istefa verib. AB martda bildirdi ki, Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqları başlana bilər.

Keçid hökuməti erkən parlament seçkisini aprelin 12-nə təyin etmişdi, pandemiyaya görə təxirə salındı.

Zaev iyunun 15-də müxalifət lideri, əsas müxalifət partiyası olan VMRO-DPMNE-nin başçısı Hristijan Mickoski ilə seçkiylə bağlı razılaşma əldə edib. Mickoski Facebook-da yazıb ki, partiyası seçkiyə gedəcək.

Şimali Makedoniya iqtisadiyyatında bu il 3,5 faiz azalma gözlənir. 2021-ci ildən yenidən artım proqnozlaşdırılır.

Ölkədə koronavirusa indiyədək 4 min 157 yoluxma, 193 ölüm halı qeydə alınıb.