Talibançılar Əfqanıstanın şimalındakı Javzyan vilayətində nəzarət məntəqəsinə hücum edərək 12 təhlükəsizlik əməkdaşının qətlə yetiriblər. Yerli rəsmi daha beş nəfərin yaralandığını bildirib.
Silahlılar dörd əsgəri girov götürüblər.
Talibanın da itki verdiyi, beş üzvünün öldürüldüyü, 10-nun yaralandığı qeyd olunur.
Talibanın sözçüsü qrupun hücuma görə məsuliyyəti üzərinə götürdüyünü, ancaq ölü sayının daha yüksək olduğunu söyləyib.
Kunduz vilayətində isə silahlılar ordunun məntəqəsinə hücum edərək beş əsgəri qətlə yetiriblər. Azı 7 nəfər də yaralanıb.
Cənub-şərqi Qəzni vilayətində isə mina partlayışı dörd uşağın həyatına son qoyub, üçünü yaralayıb. Uşaqlar minanı tapıb onunla oynayırmışlar.
Əfqanıstan hökuməti son həftələr ərzində 422 hərbçinin öldürüldüyünü, yaxud yaralandığını bildirir. Onlar azı 220 Taliban hücumunun qurbanı olublar.
Bu arada Taliban fevralda Birləşmiş Ştatlarla imzaladığı razılaşmaya sadiq qaldığını bildirir.
Sazişdə ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması, Talibanla Kabil hökuməti arasında danışıqların başlanması nəzərdə tutulur.