İyunun 22-də Cənubi Koreya Şimalı sərhəd boyunca təbliğat vərəqələrə paylamaq planından əl çəkməyə çağırıb. Bundan öncə Pxenyan bildirib ki, 12 milyon vərəqə yaymağa hazırlaşır. Bu, Cənuba qarşı ən böyük addım sayıla bilər.
Ötən həftə Koreya yarımadasında gərginlik qızışıb, Pxenyan öz ərazisində yerləşən Koreyalar-arası kommunikasiya idarəsini partladıb, bunun sərhəd boyunca Şimali Koreya ərazisinə vərəqələr buraxılması ilə izah edib.
Şimali Koreyanın iyunun 22-də səhər bildirməsinə görə, Cənubi Koreyaya tərəf 3 min şar və digər çatdırılma avadanlığı ilə 12 milyon təbliğat vərəqəsi buraxacaq.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Yoh Sangkey jurnalistlərə deyib ki, bu plan dayandırılmalıdır, “Cənubi-Şimali Koreya münasibətlərinə qətiyyən faydası yoxdur”.
Müşahidəçilər isə hava şəraitinin Şimalın təbliğat şarları buraxması üçün əlverişli olmadığını, bundan ötrü dronların işə salına biləcəyini deyir. Bu isə ölkə arasında toqquşmaya səbəb olar, çünki Cənubi Koreya ərazisinə doğru gələn dronlara cavab verməlidir.
Cənubi Koreyanın Müdafiə naziri Jeong Kyeong-doo iyunun 22-də deputatlara deyib ki, ordunun potensial vərəqələrə necə reaksiya verəcəyi Şimalın hansı çatdırılma avadanlığından istifadə edəcəyindən asılıdır.