Səudiyyə Ərəbistanı Yəməndən buraxılan dronları tutduğunu deyir

Yəmən paytaxtı Sanaa koalisiya zərbəsindən sonra

Yəməndə İranın dəstəklədiyi husi hərəkatı ilə savaşan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilərin ər-Riyada doğru buraxdığı ballistik raketi tutduğunu bildirir. Açıqlama iyunun 23-də verilib.

Husi hərəkatının Al Masirah televiziyası isə Səudiyyə Ərəbistanında “irimiqyaslı hücum” həyata keçirdiyini bildirib.

Koalisiyanın sözçüsü Turki al-Malki-nin bildirməsinə görə, ər-Riyada tərəf buraxılan husi raketini tutaraq məhv edib və bunu “dinc sakinləri hədəfə alan məqsədli düşmən hərəkəti” adlandırıb.

Al-Malki husilərin daha iki ballistik raket və səkkiz ədəd bomba daşıyan dron buraxdığını, bunlarıın hamısının məhv edildiyini açıqlayıb.

Koronavirus pandemiyasına görə elan olunmuş altı həftəlik atəşkəs ötən həftə başa çatıb. Bundan sonra tərəflər arasında zorakılıq artıb. Husilər Səudiyyənin şəhərlərinə raket və dron zərbələri endirir, koalisiya isə bunlara raket zərbələri ilə cavab verir.

Husilər Yəmənin dəstəklədiyi hökuməti 2014-cü ilin sonunda devirəndən sonra koalisiya bu ölkəyə müdaxilə edib. Bu regionda münaqişə Səudiyyə Ərəbistanı və İran arasında proksi müharibə hesab olunur.