Qazaxıstanın hakim partiyasını sosial mediada tənqid edən fəal koronavirus haqda “saxta informasiya” yaydığına görə məhkum edilib, beş illiyə sosial və siyasi fəaliyyəti qadağan olunub.
İyunun 22-də Almatında məhkəmə Alnur Ilyashev-i “fövqəladə vəziyyət rejimində ictimai asayişi təhdid edən saxta informasiyanı bilərəkdən yaydığına” görə məhkum edib. Məhkəmə onun azadlığını üç illiyə məhdudlaşdırıb, siyasi fəaliyyətini beş il müddətinə qadağan edib. Məhkəmənin şərtlərini hər hansı formada pozarsa həbs oluna bilər.
Ilyashev aprelin 17-də saxlanıb. Onda “Facebook”da yazmışdı ki, Qazaxıstan hakimiyyəti, hakim Nur Otan partiyası koronavirusla mübarizədə bacarıqlı olmayıb, korrupsiyaya uğrayıb,.
“Amnesty International” insan haqları qrupu hökmü “absurd”, hökumətin tənqidinə imkan verilməyəcinin əlaməti adlandırıb.
Qazaxıstanda pandemiyaya görə fövqəladə vəziyyət martın 16-da elan olunub, mayın 11-də qaldırılıb. İndiyədək ölkədə 23 minə yaxın yoluxma qeydə alınıb, onlardan 100-dən çoxu vəfat edib. Ancaq ölənlərin sayının daha yüksək olduğu bildirilir.