Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Bakıda hərbi parad

Bu gün, iyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günüdür.

Silahlı Qüvvələrin yaranmasından 102 il ötür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb.

1992-1998-ci illər arasında Azərbaycan Milli Ordusunun yaradılması günü kimi oktyabrın 9-u qeyd edilib. (1920-ci ildən 1991-ci il oktyabrın 18-nə kimi SSRİ-nin tərkibində olan Azərbaycanda Milli Ordu günü qeyd edilməyib. Azərbaycanda doğulanlar SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçib)

Amma 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Yeni dəyişikliyə əsasən, həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.

Həmin tarixdə 1918-ci il mayın 28-də yaradılan və Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci il aprelin 27-də süqut edən AXC silahlı qüvvələrin əsası qoyulub.

9 oktyabr tarixi isə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi 1991-ci ilə təsadüf edir. Onda müstəqillik elan edilməzdən cəmi 9 gün öncə müdafiə məqsədilə Azərbaycan silahlı qüvvələrinin ilk batalyonlarının (2 batalyon) əsası qoyulmuşdu.