Honq Konq təhlükəsizlik qanunu qəbul olundu

Honq Konq, 28 iyun, 2020-ci il

Çin parlamenti Honq Konq üçün təhlükəsizlik qanununu yekdilliklə qəbul edib. Tənqidçilər bu qanunun yarımuxtar ərazidə insan haqlarına zərbə vuracağını deyirlər.

İyunun 30-da qəbul olunmuş qanunu Qərb hökumətləri sərt tənqid edib, Honq Konqdakı etirazların mərkəzində də bu qanun dururdu, siyasi repressiyaya yol açacağı bildirilirdi.

Opponentlərin fikrincə, təhlükəsizlik qanunu şəhərin biznes icmasına və siyasi azadlıqlara zərbə vuracaq, muxtariyyətini zədələyəcək, çünki oxşar qanunlardan Çində narazıları susdurmaq üçün istifadə olunur.

Pekin bu qanunu Honq Konqda ötənilki demokratiya etirazlarına cavab olaraq təqdim edib, şəhərdə sabitliyin bərpası üçün gərəkdiyini bildirib. Qanunvericilikdə dövlətdən ayrılma, hakimiyyəti devirmə, xarici qüvvələrlə əməkdaşlıq kriminallaşdırılır.

Pekin və Honq Konq hakimiyyəti bildirir ki, qanun bir neçə “problem yaradana” yönəlib, hüquq və azadlıqlara, eləcə də investor maraqlarına təsir göstərməyəcək.