Milli Məclis növbədənkənar toplanacaq

Milli Məclis

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcəyi gözlənilir.

Bu barədə "Turan"a deputatlardan biri məlumat verib.

Məlumata görə, sessiya parlamentin bir qrup deputatının təşəbbüsü ilə çağırılır. "Amma sessiyanın tarixi və gündəliyi, hələlik, bəlli deyil", - mənbə bildirib.

Məsələ ilə bağlı Milli Məclisin mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.