Xanım siyasətçi yaralanıb

Nafisa Hejran

İyulun 6-da səhər Əfqanıstanın Loqar vilayətində xanım siyasətçi və sürücüsü silahlı hücumda yaralanıblar.

Silahlılar yerli şuranın üzvü olan Nafisa Hejran-ın olduğu avtomobili Loqarın paytaxtı Pul-i-Alamda atəşə tutublar. Açıqlamanı yerli polisin sözçüsü Shahpoor Ahmadzai verib.

Sözçü Hejran-ın vəziyyətinin sabit olduğunu, müalicə üçün Kabilə aparıldığını bildirib.

Polisin məlumatına görə, azı bir şübhəli həbs olunub, “təhqiqat gedir”.

Hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq Əfqanıstanda xüsusilə vilayətlərdə evdən kənarda işləyən qadınlar silahlıların hədəfinə çevrilir.