Bu il pandemiya ilə bağlı Həcc ziyarəti ləğv olunduğundan zəvvarların ödədikləri vəsait özlərinə geri qaytarılır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.
"Digərlərinin pullarının qaytarılması prosesi davam edir və vəsaitlər tam olaraq geri ödəniləcək", – idarədən deyiblər.
Bu il Həcc ziyarəti avqustun 20-dən sentyabrın 5-inə kimi davam etməli idi. Səudiyyə Ərəbistanı ziyarətin təhlükəsizlik səsəbiylə ləğv olunduğunu açıqlayıb. Bundan irəli gələrək Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.
Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi, ziyarətin qiyməti 4490 dollar idi.