Ermənistan fövqəladə vəziyyəti uzadır

Nikol Pashinian

İyulun 13-də Ermənistan hökuməti ölkədəki fövqəladə vəziyyəti daha bir ay uzadıb. Martda koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət artıq dördüncü dəfədir uzadılır.

Fövqəladə vəziyyət hakimiyyətə ictimai yerlərdə maska taxmaq, virusa qarşı digər tədbirləri məcburi etmək imkanı verir.

Hökumətin xüsusi iclasında Baş nazir Nikol Pashinian deyib ki, mövcud qanunvericilik hökumətin pandemiya ilə effektiv mübarizəsi üçün başqa yol qoymur.

Pashinian onu da əlavə edib ki, hökumət avqustun 12-dən sonra fövqəladə vəziyyəti uzatmadan virusla mübarizəni mümkün edəcək qanunvericilik dəyişiklikləri planlaşdırır.

Fövqəladə vəziyyətin uzadılması parlamentdə müzakirə olunmalıdır. Pashinian-ın “Mənim Addımım” bloku parlamentdə çoxluğa malikdir.

3 milyonadək əhalisi olan Ermənistanda koronavirusa 32 mindən çox yoluxma təsdiqlənib, 573 nəfər vəfat edib.