Məmmədyarov və Popov telefonda nə danışdılar?

E.Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyulun 13-də ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə danışıb.

Bu barədə XİN məlumat yayıb.

Məlumatda deyilir ki, nazir onları bölgədəki vəziyyət barədə məlumatlandırıb və ciddi narazılığını bildirərək Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan bu təxribatı törətməklə üçüncü ölkələri münaqişəyə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən diqqətini yayındırmaq məqsədi güdür.

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində atəşkəs pozulub. Azərbaycan tərəfi 4 hərbçinin ölməsi, 4-nün yaralanması haqda məlumat yayıb.

Müdafiə Nazirliyi qarşı tərəfin itki verdiyini bəyan etsə də, Ermənistan Müdafiə Nazirliyi itki olmadığını, atəşkəsi Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirir.