Çexiya Respublikasında iki qatarın toqquşması nəticəsində bir nəfər ölüb, onlarla yaralı var. Bu ay artıq ikinci belə ölümcül qəza baş verir.
Sərnişin qatarıyla yük qatarı iyulun 14-də axşam Praqadan 34 km şərqdə yerləşən Cesky Brod yaxınlığında toqquşub. Xilasedicilər bütün gecəni hadisə yerində işləyiblər.
Yanğınsöndürmə xidməti azı 35 nəfərin xəsarət aldığını, ikisinin vəziyyətinin ağır, səkkizinin ciddi olduğunu bildirir. Hadisə zamanı maşinistlərin biri ölüb, CTK xəbər agentliyi bildirir.
İyulun 7-də Almaniya ilə sərhəd yaxınlığında qatar qəzasında isə 2 nəfər ölmüş, 24 nəfər yaralanmışdı.