Kənd təsərrüfatında artım varsa, idxal niyə artır?

Arxiv foto

Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2020-ci il iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə kənd təsərrüfatında artım olduğu bildirilib.

Halbuki, Prezidentin özü də qeyd edib ki,ümumi daxili məhsul bu ilin 6 ayında 2,7 faiz azalıb.

İlham Əliyev, 15 iyul 2020

Dövlət başçısı çıxışında kənd təsərrüfatının inkişafı ilə bağlı isə bunları bildirib:

“...Quraqlığa baxmayaraq kənd təsərrüfatımız 2,2 faiz artıb. İlin sonuna qədər baxacağıq ki, indi artım nə qədər olacaq...”

Bəs görək, mütəxəssislər bu səsləndirilən rəqəmi nə dərəcədə real sayır? “...Rəqəm sadəcə elan edilib:

Kənd təsərrüfatı mütxəssisi Vahid Məhərrəmov Azadlıq Radiosuna deyib ki, quraqlıq olmasına baxmayaraq kənd təsərrüfatı sahəsində 2,2 faiz artm olması barədə rəqəm sadəcə elan edilib:

“Son vaxtlar ümumiyyətlə belədir ki, ölkə başçısı rəqəmi elan edir, sonra isə digər aidiyyatı orqanlar statistikanı bu rəqəmə uyğunlaşdırırlar. Amma təəssüf ki, vəziyyət heç də ölkə başçısının dediyi kimi deyil”

Vahid Məhərrəmov, arxiv foto

“Son vaxtlar ümumiyyətlə belədir ki, ölkə başçısı rəqəmi elan edir, sonra isə digər aidiyyatı orqanlar statistikanı bu rəqəmə uyğunlaşdırırlar. Amma təəssüf ki, vəziyyət heç də ölkə başçısının dediyi kimi deyil”

Onun sözlərinə görə, bu ilin 6 ayının statistikası ölkəyə kənd təsrrüfatı məhsulları idxalının kəskin şəkildə artdığını göstərir. V.Məhərrəmovun vurğulamasına görə, keçən ilin eyni dövrülə müqayiəsəd yeyinti məhsulları idxalı dəyər ifadəsində 30 milyon dollar həcmindən çox artıb:

“Hər bir məhsulun idxal artımı barədə konkret rəqəmlər var. Məhsullar üzrə idxal artımı 25-30 faiz arasındadır, amma elə məhsullar var ki, hətta 70 faiz artıb” Ekspert deyib ki, bitkiçilik, heyvandarlıq, ət. süd, kərə yağı, hətta meyvə-tərəvəz, çay, şəkər, bitki və heyvan mənşəli yağların idxalı artıb. V.Məhərrəmov əlavə edib ki, ölkənin tələbatı da artmayıb, bu müddət ərzində Azərbaycana demək olar ki, tusirst də gəlməyib:

“Odur ki, kənd təsərrüfatı məhsullarının artımını demək düzgün deyil” Onun fikrincə, bu rəqəmlərin formalaşdırılmasında bir az da sovet dönəminin “rəqəm şişirtmə” üsulundan istifadə edərək, iş görüldüyü görüntüsü yaratmağa çalışırlar:

“...Bu müsbət nəticə verir fikrini formalaşdırmaq istəyirlər”

“Yəni, guya ölkədə islahatlar həyata keçirilir, bu müsbət nəticə verir fikrini formalaşdırmaq istəyirlər”.

V.Məhərrəmov əlavə edib ki, quraqlıq olanda bitkiçilikdə, heyvandarlıqda məhusl artmır, ona görə ki, heyvandarlığın yemə olan tələbatının 50 faizi bitkiçiliyin hesabına ödənilir:

“Heç olmasa deyə bilərdilər ki, bu istehsalı 2019-c il səviyyəsində saxlaya bilmişik”.

“...Bunun izahı belədir”

Firdovsi Fikrətzadə, arxiv foto

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə isə mövzu ilə bağlı “Turan” agentliyinə deyib ki, elmi proqnozlara görə, əslində kənd təsərrüfatı sahəsində artım ilin sonuna kimi 5 faizə kimi ola bilərdi:

“Amma müşavirədə deyildiyi kimi, quraqlığa görə 100 min ha taxıl sahəsində problemlər yarandı. Onun da nəticəsi olaraq taxıl istehsalındakı geriləmə artım tempini prqonozlaşdırılandan aşağı salıb”.

Mərkəz rəhbəri deyib ki, amma bunun əvəzində meyvə, tərəvəz, kartof, bostan bitkilri, yem bitikiləri, hevyandarlıqdakı stabil temp altı ay ərzində davam edib.Mərkəz rəhbərinin vurğulamasına görə, bu artımın sadə izahı bununla bağlıdır.