Bu gün, iyulun 18-də səhər saatlarında Azərbaycan Hava Yolları (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib. Bu barədə “Azərbaycan Hava Yolları" qapalı səhimdar cəmiyyətinin (QSC) Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Məlumata görə Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. “Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır”,deyə məlumatda qeyd edilir. AZAL-ın çarter reysləri Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir. Xatırlatma Azərbaycan mart ayının 24-dən etibarən koronavirus pndemiysı ilə bağlı ölkədə karantin rejimi elan edilib.Bundan sonra da xarici ölkələrlə gediş-gəliş dayandırılıb. Bununla əlaqədar müxtəlif səbəblərlə yaxın və uzaq dövlətlərə gedən bir qism Azərbaycan vətəndaşı ölkəyə ayıda bilməyiblər. Dövlətlərarası razılıqlara əsasən həmin vətəndaşlar quru və hava yolları ilə ölkəyə gətirilirlər. Rəsmi qurumların bildirməsinə görə, indiyə kimi ölkəyə 24 minə yaxın ölkə vətəndaşı qaytarılıb.