Bu gün, iyulun 22-də Müsavat Partiyasının fəallarından Yaşar Türkazər vəfat edib.
Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasından məlumat verilib.
Partiyadan bildirilib ki, keçən ilin noyabrından Y.Türkazərin səhhətində – ürək və ağciyərində problemlər yaranıb, sonra isə ayağında şişmə müşahidə edilib. Son günlər isə o, Mərdəkanda xəstəxanada müalicə alıb.
Y.Türkazər ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycanın üçrəngli dövlət bayrağını ilk olaraq meydanlarda tutan şəxslərdən olub. Ona görə ona Bayraqdar təxəllüsü verilib.