Keçmiş nasist nəzarətçisinə şərti cəza verildi

93 yaşlı məhkum məhkəmədə

Yeniyetmə ikən nasist düşərgəsində nəzarətçi işləmiş 93 yaşlı kişiyə qətlə yardım ittihamıyla iki illik şərti cəza verilib.

Bruno Dey-in məhkəməsi Almaniyanın şimalındakı Hamburq şəhərində doqquz ay idi gedirdi.

Dey ovaxtkı Danziq, indi isə Polşanın Qdansk şəhərində yerləşən Stutthof düşərgəsində SS üçün işlədiyini etiraf edib.

O, 1944-1945-ci illərdə xidmətdə olarkən Stutthof-da 5 min 232 nəfərin öldürüldüyü güman edilir. Ona maddələr bu ölümlərlə əlaqədar verilib.

Əlil arabasında olan təqsirləndirilən azyaşlıların məhkəməsində mühakimə olunub, çünki cinayət törədiləndə 17 yaşı olub. Müdafiə tərəfi ona bəraət verilməsinə çağırırdı.

Ötən həftə məhkəməyə son sözündə Dey qurbanlardan üzr istəyib, ancaq düşərgədəki roluna məcbur edildiyini deyib.

“Buna oxşar şey bir daha heç vaxt təkrarlanmamalıdır”, – o vurğulayıb.