Cümə günü Brüsseldə Avropa Birliyinin iki günlük təcili sammiti başlayıb. 27 üzv dövlətin liderləri qarşıdakı yeddi il üçün ortaq iqtisadi bərpa planı və birlik büdcəsi üzərində razılaşmağa çalışırlar.
Beynəlxalq Fransız Radiosunun verdiyi məlumat agörə, söhbət AB tarixində görünməmiş bir məbləğdən- 1.8 trilyon avrodan gedir.
Fransa Prezidenti Emmanuel Makron Brüssel sammitini Avropa üçün "həqiqət anı" adlandırıb. O, AB-dəki "səhiyyə, iqtisadiyyat və sosial sahədəki vəziyyəti "görünməmiş böhran" kimi qiymətləndib. Fransa liderinin fikrincə, bu böhrandan çıxmaq üçün iqtisadi bərpa və Avropa Birliyinin texnoloji, sənaye və ekoloji suverenliyinə nail olmaqda vahid mövqe kömək edəcəkdir. Emmanuel Macron bu fikri Twitter hesabında olan qonaqlar ilə bölüşüb.