Şimali Koreya ‘ilk’ mümkün yoluxmadan sonra hərəkətə keçir

Şimali Koreya, 6 fevral, 2020-ci il

İyulun 28-də Şimali Koreya yeni koronavirusun qarşısının alınması üçün daha sərt tədbirlər elan edib. Ölkədə respirator xəstəlikdən ilk ölüm halı açıqlanıb. Bundan öncə isə Kaesonq şəhərində karantin tədbirləri görülmüşdü.

KCNA dövlət xəbər agentliyinin məlumatına görə, sərt karantin tədbirləri görülür, testlər, qoruyucu geyimlər, tibbi avadanlıq çatdırılır.

Şimali Koreya lideri Kim Jong Un iyulun 26-da fövqəladə vəziyyət elan edib. Bundan öncə vaxtilə Şimali Koreyadan qaçdığı, virusa yoluxduğu iddia olunan şəxs Cənubi Koreyadan qanunsuz olaraq ölkəyə girib.

Həmin şəxsə virus diaqnozu qoyularsa, Şimali Koreyada ilk təsdiqlənmiş yoluxma olacaq. Ancaq bir sıra kənar ekspertlər virusun artıq ölkədə yayıldığını bildirirlər.

Şimali Koreya iyulun 16-dək 1211 nəfərin test olunduğunu, nəticələrin neqativ çıxdığını bildirib. Dünya Səhiyyə Təşkilatının (DST) iyulun 28-də yaydığı bəyanatda görə, 696 nəfər karantinə alınıb.

Ölkənin səhiyyə sistemi kövrək vəziyyətdədir, xəstəxanalarda adekvat elektrik, dərman və suyun olmadığı xəbər verilir. Rejim dərman təchizatına görə DST-dən asılıdır, çünki sanksiyalar onların idxalını çətinləşdirir.