363 yeni yoluxma aşkarlanıb, 3 ölüm

Son sutka ərzində ölkədə 9 min 817 test aparılıb

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 363 yeni yoluxma faktı qeydə alınıb, 622 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, iyulun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 31221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, aktiv xəstə sayı 6288 nəfərdir".

Qərargahın açıqlamasına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 817, ötən müddət ərzində isə ümumilikdə 708 min 632 test aparılıb.

Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 16 milyon 931 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 664 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.