Qurban bayramıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakının Qurban bayramı öncəsi ovqatı

Bu gün, iyulun 31-də Azərbaycan müsəlmanları Qurban bayramını qeyd edirlər.

Qurban bayramı Azərbaycanda rəsmi iki gün davam edəcək. Amma əvvəlki illərdən fərqli olaraq bu dəfə koronavirus pandemiyasına görə Azərbaycanda məscidlərdə kütləvi bayram namazı qılınmayacaq.

Bununla yanaşı, pandemiya səbəbindən bayramda kütləvilik, qurbanlıq heyvanların müəyyən edilmiş yerlərdən kənarda satışı və kəsimi qadağandır.

Bu səbəbdən Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.

İslam qaydalarına görə, bu bayramda hər bir müsəlman ailə qoyun (qoç), dəvə və ya keçi kəsməlidir. Həmin heyvanın ətinin bir hissəsinin yetimlərə, imkansız ailələrə, bir hissəsinin də yaxınlara paylanması tövsiyə edilir.