Aktyor Yefremov yol qəzasında günahı olmadığını deyir

Mikhail Yefremov məhkəmədə

Rusiyalı aktyor, Kremlin açıq tənqidçisi Mikhail Yefremov sərxoş vəziyyətdə, bir nəfərin ölümüylə nəticələnmiş qəzaya görə özünü günahkar bilmir. Onun məhkəməsi avqustun 5-də Moskvada başlanıb.

“Özümü günahkar hesab edə bilmərəm, çünki heç nəyi xatırlamıram”, – Yefremov məhkəmədə deyib.

Təqsirli bilinərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Son illər Yefremov təkadamlıq perfomanslarda Kremli tənqid edirdi. Polis onun Moskvanın mərkəzində avtomobilini yüksək sürətlə idarə edəndə ayıq vəziyyətdə olmadığını bildirir. Hadisə iyunun 8-də axşam baş verib.

Aktyor başqa bir maşını vurub. Özü xəsarət almasa da, digər avtomobilin 57 yaşlı sürücüsü Sergei Zakharov aldığı çoxsaylı xəsarətlərdən bir neçə saat sonra xəstəxanada keçinib.

Rəsmi orqanlar tibbi ekspertiza zamanı Yefremov-un qanında kokain daxil olmaqla narkotik maddə izləri olduğunu göstərib.

56 yaşlı Yefremov-un Prezident Vladimir Putin və onun siyasətinə satirik yanaşan perfomansları son illər xeyli populyar idi.