Tacikistanda oktyabrın 11-də prezident seçkisi keçiriləcək

Emomali Rahmon

Tacikistan parlamenti oktyabrın 11-nə növbəti prezident seçkisi təyin edib.

Mərkəzi Seçki Komissiyasının sədri Navruz Samadzoda AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, seçki tarixi üzrə qətnamə avqustun 6-da parlamentin hər iki palatasının birgə iclasında təsdiqlənib.

1992-ci ildən ölkəni idarə edən Prezident Emomali Rahmon 2016-cı ilin mayında keçirilmiş referendum çərçivəsində xüsusi səlahiyyətə malikdir. O, istədiyi qədər prezident ola bilər.

Beynəlxalq insan haqları qrupları Rahmon-un getdikcə dini azadlıq, vətəndaş cəmiyyəti, siyasi plüralizmə daha çox sayqısızlıq göstərdiyini deyərək tənqid edir.