'Azərbaycan İnvestisiya Holdinqi' yaradılıb

İlham Əliyev, Gəncə, 25 iyun 2020

Prezident İlham Əliyev bu gün, avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərman imzalayıb. Fərmanda bildirilib ki, Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir.

Orada qeyd edildiyinə görə, bu istiqamətdə ölkədə institusional, tənzimləyici çərçivə təkmilləşdirilib, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb. Habelə bildirilib ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini, risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

Qurumun publik hüquqi şəxs kimi yaradılması nəzərdə tutulur. Azərbaycan İnvestisiya Holdinqin (AİH) nizmnaməsi də təsdiq edilib.

Orada yazılıb ki, AİH onun idarəetməsinə verilmiş dövlət qurumlarının, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Habelə, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi də bu qurumun fəaliyyət sferasına daxildir.