Qomeldə işgəncələrdən ölən gənclə vidalaşma olub

Alexander Vikhorla vida mərasimindən

Belarusun cənub-şərqindəki Qomel şəhərində, bazar günü etirazlar zamanı tutulduqdan sonra vəfat edən Alexander Vikhorla vidalaşma olub.

Bir neçə yüz Gomel sakini onun yaşadığı evin girişinə toplaşıb. Azadlıq Radiosunun Belarus xidməti qeyd edir ki, avqustun 9-da tutulan və Alexandrı yerli sakin Sergey Şoman polis məntəqəsində, sonra məhkəmədə və aparıldığı maşında görüb.

"Çox stresli, narahat idi, hər zaman tibbi yardım axtarırdı, heç kim ona əhəmiyyət vermədi. Məhkəmədən istintaq təcridxanasına aparıldıqda o çox xəstə idi, yenidən kömək istədi, anasına və atasına zəng etdi. Sonra polis onun üzünə bibər qazı püskürtdü. Bizi maşından çıxartdılar, o maşında tək qaldı. Mən elə həmin vaxt eşitdim ki, onlar soruşurdular ki, "bununla bağlı nə edək" deyə Sergey Şoman bildirib.

Anasının sözlərinə görə, oğlunu avqustun 9-da istədiyi qızla görüşə gedərkən saxlayıblar. Həmin gün ölkədə seçki saxtakarlığına qarşı kütləvi etirazlar başlayıb.

Yaxınları Alexandrı bir neçə gün axtarıblar, amma onun harada olması ilə bağlı heç bir yerdən məlumata ala bilməyiblər. Avqustun 12-də müvəqqəti saxlanma təcridxanasından övladlarının burada saxlanmadığı barədə məlumat alandan sonra polisə Alekxanrdın itkin düçməsi barədə müraciət ediblər. Bir müddət sonra onlara məlum olub ki, oğulları hələ avqustun 11-də vəfat edimiş.