Lukashenka müxalifəti yenə hədələyir

Alexander Lukashenka , Minsk, 16 avqust 2020

Belarus prezidenti Aleksandr Lukashenka ölkə müxalifətinin koordinasiya şurası yaratmasını "hakimiyyəti ələ keçirmək cəhdi" adlandırıb. Bu barədə BelTa agentliyi məlumat yayıb.

Belə bir Şuranın yaradılması ilə bağlı məlumatı avqustun 14-də prezidentliyə namizəd Svetlana Tikhanovskaya açıqlayıb.

30-a yaxın şəxsin qatılacağı Şurada Tixanovskayanın seçki qərargahının rəhbəri Maria Kolesnikova, "Vesna" insan hüquqları mərkəzinin sədri Ales Bialiatskiy və ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksieviçin də təmsil olunacağı bildirilir.

Buna da bax: Minskdə insanlar mitinqə axışır

Lukashenka, siyahıya "incidilmiş" və "açıq şəkildə nasistlər" in daxil edildiyini deyib:

"Onlar nə az, nə çox hakimiyyətin təhvil verilməsini tələb edirlər. Buna görə də biz birmənalı olaraq hesab edir ki, "bu, bütün yaranan nəticələrlə hakimiyyəti ələ keçirmək cəhdidir".

Lukashenka siyahıdakılara qarşı "adekvat tədbirlər" görəcəyini vəd edib.

Belarusda müxalifətin prezident seçkilərinin rəsmi nəticələrini qəbul etmədikdən sonra ölkədə siyasi siyasi böhran yaranıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Belarusda Lukaşenkaya qarşı etirazlar davam edir

MSK-nın məlumatına görə, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Lukashenka qalib gəlib.

Seçki günü başlayan etirazlar hələ də davam etməkdədir. Etirazçılar Lukashenka-nın istefası tələb olunur. Lukashenka isə istefa verməyəcəyini bildirir. Yeni seçki keçirilsin tələblərinə də o artıq seçkinin avqustun 9-da keirildiyini və yeni bir seçkinin keçirilməyəcəyini deyir. Belarusda baş verən etirazlarda yüzlərlə insan tutulub, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ən azı 1 nəfər həlak olub.