Lukashenka Merkellə danışmaq istəməyib, yeni höküməti də olduğu kimi saxlayıb

Angela Merkel, arxiv foto

"Deutsche Welle" xəbər verir ki, Almaniya kansleri Angela Merkel Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib, ancaq o, Almaniya kansleri ilə danışmaq istəməyib.

Merkel Avropa İttifaqının Belarusdakı vəziyyətə həsr olunmuş fövqəladə sammitinin nəticələrini izləyən jurnalistlərə deyib ki, Lukashenka danışmaqdan imtina etdiyindən o, ölkədəki vəziyyətin həllində vasitəçi rolunu oynaya bilməyib.

"Hazırda vasitəçilik üçün bir fürsət görmürəm. Lukashenka ilə əlaqə qura bilmədim, vasitəçilik isə bütün tərəflərin təmasda olması zamanı mümkündür"

Merkel Rusiyanın müdaxilə edəcəyi halda Belarusdakı vəziyyətin daha da pisləşəcəyini vurğulayıb. Kanslerin fikrincə, Belarus xarici müdaxilə ilə deyil, yalnız ölkə daxilində bir dialoqla mümkün olan "öz yolunu tapmalıdır".

Alyaksandr Lukashenka ,Minsk, 19 avqust 2020

Avqustun 19-da Lukashenka yeni höküməti təsdiq edib. Verilən məlumatalara görə, bütün kabinet üzvləri, o cümlədən hüquq mühafizə orqanlarının rəhbərləri vəzifələrində qalıblar.