ABŞ prezidentinin keçmiş müşaviri həbs edilib

Prezident Donald Trump (sol) Stephen Bannon, Ağ Ev, Vaşinqton, 22 yanvar 2017

ABŞ prezidenti Donald Trump-ın 2017-ci ildə müşaviri olmuş Stephen Bannon həbs olunub. Bu barədə Nyu-Yorkun Cənub dairəsi üzrə Vəkillik İdarəsi məlumat verib.

Bannon, Meksika ilə sərhəddə divar tikmək üçün vəsait toplayan "Biz divar tikirik" ( We Build the Wall) qeyri-kommersiya təşkilatının işi ilə bağlı tutulub.

2019-cu ildə yaradılan təşkilat 25 milyon dollardan çox ianə toplayıb. İndiyə qədər Bannon məsləhət şurasına sədrlik edib. Prokurorlar hesab edirlər ki, Bannon və təşkilatın qurucusu Brian Kolfage (ABŞ Hərbi Hava Qüvvələrinin veteranı) bəzi vəsaitləri mənimsəyiblər.

İttihamlar arasında prezident Donald Trump-ın keçmiş müşavirinin bir milyon dollardan çox pul alması iddiası da var.

Məhkəmə işində BannonKolfage-dən başqa daha iki nəfərin də adı keçir. Onların hamısı fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunlar. İttihamlara görə, bu işdə adı keçənləri 20 ilə qədər həbs cəzası gözləyir. Stephen Bannon həm də Amerikanın ultra sağçı onlayn Breitbart News jurnalının direktorlar şurasının keçmiş sədridir.

2016-cı ildə nəşr Donald Trump-ın prezidentlik kampaniyasını dəstəkləyən əsas mediadan biri olub. Trump-ın təşviqat qərargahına rəhbərlik edən Bannon daha sonra seçilmiş prezidentin böyük məsləhətçisi olub.