Yerevanda partlayışda azı bir nəfər həlak olub

Hadisə yeri

Avqustun 26-da səhər Yerevanda yaşayış binasında partlayışa təbii qaz sızmasının səbəb olduğu bildirilir. Azı bir nəfər ölüb, iki nəfər xəstəxanaya yerləşdirilib.

Səhər saat 7 radələrində baş vermiş partlayış 12 mənzilli dörd mərtəbəli binaya ciddi ziyan vurub. Hadisə Yerevanın Kanaker-Zeytun rayonunda baş verib.

Fövqəladı Hallar naziri Felix Tsolakian-ın sözlərinə görə, 58 yaşlı hadisə qurbanının cəsədi günorta saat 1-də dağıntılar altından çıxarılıb.

Xilasedicilər iki nəfəri salamat çıxarıblar. Onlar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

Partlayışdan sonra hadisə yerindən 12 nəfər sağ-salamat çıxarılmışdı.

Baş nazir Nikol Pashinian partlayış yerinə baş çəkib.