Alman həkimlər Navalny ilə bağlı bolqar həkimlərə müraciət ediblər

Charite xəstəxanası, Berlin, 25 avqust 2020

Alexei Navalny-ni müalicə edən Alman həkimlər, bolqarıstanlı həmkarlarından iş adamı Yemelyan Gebrev-in zəhərlənməsi ilə bağlı materialları istəyiblər. Bu barədə Almaniyanın "Spiegel" jurnalı Bellingcat qrupu ilə birlikdə aparılan bir araşdırmaya istinadən yazır.

Araşdırmaların mənbələri açıqlanmır. Nəşr bildirir ki, "Charite" klinikasının həkimləri Gebrev və Navalny-nın zəhərlənməsində oxşar zəhərli maddələrdən istifadə edilə biləcəyi qənaətinə gəliblər.

Daha əvvəl "Charite" xəstəxanasının həkimləri Navalny-nin xolinesteraz inhibitor qrupundan olan maddə ilə zəhərlənə biləcəyini açıqlayıblar. "Spiegel" və Bellingcat'a görə, indi alman həkimlər Navalny'nin həmin maddədən zəhərlənməsinə inanmağa meyllidirlər.

Emelyan Gebrev Ukraynaya silah tədarükündə iştirak edib. 2015-ci il aprelin 18-də tərəfdaşları ilə görüş zamanı iş adamı özünü pis hiss edib və bir qədər sonra huşunu itirib. Eyni əlamətlər onun başqa şəhərdə olan oğlunda və şirkətin direktorunda da hiss olunub. Sonradan məlum olub ki, elə həmin gün, görüşdən bir neçə saat əvvəl, hər üç şəxs Sofiyadakı ofislərində olublar.

Bu işlə bağlı araşdırma aparan Bellingcat keçmiş GRU zabiti Sergey Fedotovun Gebrevin zəhərlənməsində iştirak etdiyinə dair nəticəyə gəlib.

Emelyan Gebrev -i zəhərlənmsinə cəhdi göstərən video

Bu maddələr qrupuna sinir toksinləri, xüsusən də SSRİ-də hazırlanmış zarin və "novichok" daxildir. İngiltərəyə görə, 2018-ci ildə Salisburidə keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı sözügedən "novichok" maddəsi ilə zəhərləniblər.

Avqustun 20-də Tomskdan Moskvaya dönən Alexei Navalny-nın səhhəti birdən-birə kəskin pisləşib. Onun olduğu təyyarə Omsk hava limanına təcili eniş edib. O, tez bir zamanda 1 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. İki gecə həmin xəstəxanada koma vəziyyətində qalıb.

Xəstəxananın baş həkimi ilkin olaraq ona maddələr mübadiləsinin pozuntusu diaqnozu qoyulduğunu açıqlayıb. Əlavə edib ki, belə bir vəziyyət onun qanında şəkərin səviyyəsinin kəskin düşməsinə səbəb olub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Navalny-nı müalicə üçün Almaniyaya aparmağa çalışırlar

Alexei Navalny avqustun 22-də xüsusi təyyarə ilə Omskdan Berlinə gətirilib. O, hazırda Berlindəki "Charite" xəstəxanasında müalicə olunur. Həkimlər onun süni nəfəs aparatına qoşulduğunu və hələ də komada olduğunu bildirirlər.