Avqustun 29-da Berlində on minlərlə adam pandamiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər əleyhinə Berlin küçələrinə çıxıb. BBC-nin məlumatına görə, polisin müdaxiləsinə baxmayaraq etirazçılar paytaxtın mərkəzi küçələri ilə hərəkət etməyə nail olublar.
Beləki polis aksiyanın qarşısını əvvəlcədən almaq niyətində olub, ancaq avqustun 28-də məhkəmə qadağanı aradan qaldırıb. Şənbə günü də etirazçıların maska taxmamasını və ara məsafəsi saxlanmamasını əsas gətirən polis aksiyanın qarşısını almaq istəyib, amma buna tam nail olmayıb. Bəzi hesablamalarda aksiyaya çıxanların sayının 18-30 min nəfər olduğu açıqlanıb.
Cümə axşamı kansler Angela Merkel Almaniyanın bir bölgəsindən başqa ölkə böyü təyin olunan yerlərdə maska taxmayanların ən azı 50 avro cərimə ediləcəyini açıqlayıb. Ölkə üzrə ilin sonuna qədər bütün ictimai tədbirlər ləğv edilib.
Robert Koch İnstitutunun məlumatına görə, epidemiyanın başlanğıcından avqustun 28-nə qədər ölkədə 239.507 nəfərdə virus aşkarlanıb, 9300-ə yaxın adam vəfat edib, 213.200 nəfər sağalıb.