Gələn ilin ortasınadək kütləvi peyvəndləmə mümkün olmayacaq

Arxiv fotosu

Dünya Səhiyyə Təşkilatının (DST) sözçüsü bu gün – sentyabrın 4-də deyib ki, qurum 2021-ci ilin ortasınadək COVID-19-a qarşı genişmiqyaslı peyvəndləmənin baş tutacağını gözləmir.

“3-cü mərhələ sınaqları daha uzun çəkməlidir, çünki biz vaksinin həqiqətən nə dərəcədə qoruyucu və təhlükəsiz olduğunu bilməliyik”, – sözçü Margaret Harris Cenevrədə jurnalistlərə deyib.

Hazırda dünyada yeni növ koronavirusa qarşı bir neçə vaksin hazırlanmaqdadır, bəziləri isə kliniki sınaq fazasına keçib.

Fransa ərazisində isə bu gün 22 məktəb bağlanıb. Təhsil naziri bağlanan məktəblərin yarıdan çoxunun Hind Okeanındakı Reyunyon adasında olduğunu bildirib. Adada son vaxtlar yoluxma halları artmaqdadır.

Fransada cəmi 60 min məktəb var. Təhsil naziri Jean-Michel Blanquer “Europe 1” radiosuna deyib ki, uşaqların bu həftə məktəbə qayıdışının çox məmnundur.

Bağlanan məktəblərin 10-u Fransanın əsas ərazisində, 12-si Reyunyon adasındadır.