Tofiq Yaqublu zəng vurub…

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda T.Yaqublu və siyasi məhbuslara azadlıq tələbi ilə aksiya

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu bu gün, sentyabrın 9-da yaxınları ilə telefonla danışıb.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, onun kürəkəni Seymur Həzi məlumat verib: "Ona dəstək olan hər kəsə salamı var. Dedi ki, aksiyanı sona kimi davam etdirəcək, bu, söz davası deyil".

S.Həzinin vurğulamasına görə, T.Yaqublu sonra da deyib: "Özümü bu mübarizəyə kifayət qədər hazır hiss edirəm… Heç bir məcburi qidalanma da mümkün deyil".

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi

Tofiq Yaqublu aclığı dayandırmağı düşünmədiyini deyir

Vəkil Elçin Sadıqov sentyabrın 9-da Şüvəlan istintaq təcridxanasında saxlanan Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.

Bu barədə o, T.Yaqublu ilə görüşdən sonra danışıb.

Vəkil T.Yaqubluya istinadən bildirib ki, həkimlər onu müayinə etmək istəyir, amma onlara inanmır. Vəkilin deməsinə görə, T.Yaqublu ailəsindən narahatdır, amma müdafiə etdiyi şəxsin vurğulamasına görə, bu gün, sentyabrın 9-da ailəsi ilə telefon əlaqəsi saxlamağa imkan verilməyib: "Təcridxana bunun səbəbini izah etmir. Baxmayaraq ki, sentyabrın 9-da ailəsi ilə əlaqə saxlamaq günüdür, bununla belə, mən orada olan müddətdə hələ telefon danışığına icazə verilməmişdi".

Vəkilin deməsinə görə, T.Yaqublu tibb sahəsi üzrə professor Adil Qeybullanın təcridxanaya gələrək onu müayinə etməsi üçün təcridxana rəhbərliyinə və Ombudsmana müraciət edib.

T.Yaqublunun səhhətinə gəlincə, vəkil bunları əlavə edib: "Kəskin baş ağrılarından, ürəkbulanmadan şikayəti var, halsızlıq aydın hiss edilir. Amma T.Yaqublu aclığı dayandırmağı düşünmədiyini deyir".

Bu açıqlamaya, hələlik, Şüvəlan istintaq təcridxanası, Penitensiar Xidmət və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tofiq Yaqublunun müdafiəsi üçün işçi qrup yaradıldı

'Aksiya davam edir, Tofiq Məmmədovun halı pisləşib'

Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqubluya dəstək məqsədilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna bu gün, sentyabrın 9-da aksiya iştirakçılarından biri olduğunu söyləyən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb. Onun deməsinə görə, artıq bəzi aksiya iştirakçılarında halsızlıq, başağrısı kimi hallar baş verir: "Aksiya iştirakçılarından xüsusilə Tofiq Məmmədovun halı pisləşib".

E.Quliyev onu da əlavə edib ki, hələlik, aksiyanı davam etdirmək niyyətindədirlər: "Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov və mənəm".

Bu deyilənlərə, hələlik, Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AXCP üzvlərinin bu aksiyaya artıq yeddi gündür başladıqları bildirilir. E.Quliyevin isə sentyabrın 7-dən aksiyaya qoşulduğu açıqlanıb.

T.Yaqublunun özünün də sentyabrın 3-dən həbsxanada həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.