175 yeni yoluxma aşkarlanıb, 3 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb,154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan üç nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 37732 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, aktiv xəstə sayı 2058 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə bu virusun aşkarlanması məqsədilə son sutka ərzində 7 min 140, hazırkı dövrədək isə 980 min 978 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 27 milyon 770 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 902 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.