Rusiya Enerji nazirinin müavini Anatoli Tixonov Moskvada mənimsəmə iddiaları ilə həbs olunub.
Basmannı məhkəməsi Tixonov barəsində iki aylıq həbs qətimkan tədbiri çıxarıb.
İstintaq Komitəsinin məlumatına görə, Tixonov və daha üç nəfər azı 603 milyon rubl (7.9 milyon dollar) mənimsəməkdə ittiham olunur. Mənimsəmənin Tixonov Enerji Nazirliyinin tərkibində olan Rusiya Enerji Agentliyinə (REA) başçılıq edərkən baş verdiyi bildirilir.
Tixonovun vəkillərindən biri onun günahsız olduğunu deyib.
51 yaşlı Tixonov Enerji Nazirliyində rəqəmsal layihələrə nəzarət edirdi.
O, 2014-2019-cu illərdə REA-ya rəhbərlik edib, sonra enerji nazirinin müavini vəzifəsinə çəkilib.
Müstəntiqlər dövlət vəsaitinin mənimsənilməsinin agentlikdə rəqəmsal sistemin hazırlanması ilə əlaqədar olduğunu bildirirlər.