163 yoluxma, 1 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 11-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan açıqlamaya görə, bu virusla bağlı analiz nümunələri müsbət çıxan bir nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 38037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 olub".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində ölkədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 108, bu günə qədər isə ümumilikdə 995 min 376 test icra olunub.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 366 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 914 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.