Leninsiz mavzoley layihəsi

Leninin nəşinin açıq saxlandığı məqbərə, Moskva, 22 aprel 2020

Rusiya Memarlar İttifaqı, Leninin cəsədi olmayan ən yaxşı məqbərə konsepsiyası üçün müsabiqə elan edib. Yarışın keçirilməsi barədə qərar avqustun sonunda verilsə də əsasnamə sentyabrın 11-də təsdiqlənib və və dərc edilib. Müsabiqənin nəticələri noyabrın 11-13-ü tarixlərində Moskvada keçiriləcək festivalda elan ediləcək.

Yarışda memar və rəssamlarla yanaşı sadə Rusiya və MDB vətəndaşları da iştirak edə bilərlər. Əsas məqsəd mavzoleyin gələcək istifadəsi üçün bir layihənin eskizlərini hazırlamaqdır.

Vladimir Lenin

Təşkilatçıların müraciətində vurğulanır ki, yaddaşlarda qalması üçün Leninin cəsədinin saxlanılması müasir dövrə uyğun olmadığı kimi rus pravoslav ənənələrinə də ziddir.

Memarlar İttifaqına görə, Lenin mavzoleyi Şchusev Dövlət Memarlıq Muzeyinin bir filialı olmalıdır.

Leninin cəsədi 1924-cü ildən bəri şəffaf qutuda mavzoleydə saxlanılır. Məqbərə Leninin ölümündən dərhal sonra, 1924-cü iln yanvarında hazırlanıb. İkinci taxta məqbərə 1924-cü ilin mayında inşa edilib. İndiki qranit konstruksiya isə 1930-cu ilin oktyabına qədər tikilib. Məqbərədə Leninin cəsədinin qorunması üçün bir laboratoriya da var.

Buna da bax: Rusiyanın cəsəd və balzamlama mədəniyyəti

Leninin cənazəsinin yenidən dəfn olunmasının vacibliyi barədə mübahisələr 1989-cu ildə başlayıb. Həmin vaxt SSRİ Xalq Deputatı Yuri Karjakin bəyan edib ki, Lenin anasının məzarı yanında dəfn olunmaq istədiyini deyib. Lakin bununla bağlı ortaya sənədli bir dəlil çıxarılmayıb. Leninin qardaşı qızı Olga Ulyanova isə deyilənləri təkzib edib, bunu millət vəkilinin uydurması adlandırıb.