İranlı güləşçi Navid Afkari edam edilib

Navid Afkari, arxiv foto

İranlı güləşçi Navid Afkari haqqında məhkəmənin çıxrdığı ölüm hökm icra edilib. 27 yaşlı idmançı 2018-ci ildə hökumət əleyhinə nümayişlərdə iştirak etməkdə və bir təhlükəsizlik əməkdaşını qətlə yetirmkdə ittiham olunurdu.

Afkari ittihamları qəbul etmirdi və qətl hadisəsnin işgəncəylə onun böynuna qoyulduğunu bildirirdi. İran rəsmiləri isə işgəncə xəbərlərini rədd edirdilər.

Edam olunan idmançını bir müddət əvvəl ABŞ Prezidenti Donald Trump və UFC rəhbəri Dana White müdafiə etmişdi.

Buna da bax: Tramp İranı güləşçini edam etməməyə çağırır

İndiyədək onlarla iranlı atlet və beynəlxalq güləşçi ölüm hökmünün icra olunmasına qarşı kampaniyaya qoşulmuşdu.

Amma sonda İran Ali Məhkəməsi ölüm hökmünü qüvvədə saxlayıb. Onun iki qardaşına 54 və 27 illik həbs və hərəsinə 74 şallaq cəzası verilib.

Sentyabrın 8-də Dünya İdmançılarının Həmkarlar İttifaqı ölüm hökmünü icra edəcəyi halda İranı dünya idman yarışlarından uzaqlaşdırmağa çağırıb.