155 yoluxma aşkarlanıb, 3 ölüm

Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 38327 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 35756 nəfər müalicə olunaraq sağalıb, 562 nəfər vəfat edib, aktiv xəstə sayı 2009 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6751, hazırkı dövrədək isə 1009478 test aparılıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 989 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 925 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.