Narkodispanserdə yanğında 4 nəfər ölüb

Arxiv fotosu

Sibirdə Krasnoyarsk şəhərində narkodispanserdə yanğın dörd pasiyentin həyatına son qoyub.

Rusiya İstintaq Komitəsinin regional bölməsinin sentyabrın 17-də bildirməsinə görə, yaşayış binasının birinci mərtəbəsində yanğın yerli vaxtlar səhər 4:30-da başlayıb.

Komitə qeyd edir ki, təhlükəsizlik kameraları klinikanı pasiyentlərdən birinin yandırdığını göstərib. O, yanğından salamat çıxıb.

İki nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İstintaq Komitəsi digər bəyanatında reabilitasiya mərkəzinin direktorunun dindirilmək üçün saxlandığını qeyd edir.