'Əsrin müqaviləsi'ndən 26 il ötür

Əsrin müqaviləsi"nin imzalanma mərasimi, keçmiş prezidetn Heydər Əliyev (ortada), Bakı, 20 sentyabr 1994

1994-cü il sentyabrın 20-də Bakıda «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilə imzalanıb.

Müqavilə iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bəzi xarici neft şirkətləri olub. Saziş 30 il müddətinə imzalanıb və 1994-cü il dekabrın 2-də Milli Məclisdə ratifikasiya olunub. Prezident onu dekabrın 14-də təsdiq edib.

Buna da bax: 'Əsrin müqaviləsi'ndən əsrin dördə birində qazanc və itkilər...

Paylar

Onda layihəyə qatılanlar və onların payı belə olub: BP 35.78, Chevron – 11.27, ExxonMobil 8.0006, ONGC Videsh Limited - 2.72, Inpex-10.96, Itochu-4.3, SOCAR-11.65, Statoil-8.56 və TPAO-6.75 faiz. 2017-ci ildə isə bu sazişin müddəti 2050-ci ilə qədər uzadılıb və payda bəzi dəyişikliklər edilib. Onda da AÇG üzrə iştirak payları beləolub: BP-30.37, SOCAR-25, Chevron-9.57, INPEX-9.31, Equinor-7,27, ExxonMobil-6.79, TPAO-5.73, ITOCHU-3.65 və ONGC Videsh Limited (OVL) – 2.31 faiz.

170 milyard dollar

İqədər Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan 150 milyard dollara yaxın bir vəsait əldə etdiyi bildirilir. Amma iqtisadçılar deyir ki, arada başqa qazanclar da var. Onların qeyd etməsinə görə, bu illər ərzində Azərbaycan mənfəət vergisi kimi 15 milyard dollardan çox qazanc əldə edib. Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) də öz payının oldugu və əlavə qazang götürdüyü qeyd edilir. Azərbaycanın bu layihədən indiyə qədər ümumilikdə 170 milyard dollar civarında vəsait əldə etdiyi deyilir.