Özbəkistan baş nazirinin müavini koronavirusdan vəfat edib

Oktam Barnoev, arxiv foto

Sentyabrın 20-də Özbəkistanın baş nazirinin müavini Uktam Barnoev koronavirusun yaratdığı fəsadlardan Almaniyada vəfat edib. Bu barədə RİA Novosti ölkə hökuməti yanında qərargaha, habelə rəsmi agentlik UzA-ya istinadən xəbər verir.

Fevral ayından bəri Barnoev hökumətdə aqrar və qida sektoruna, bundan əvvəl isə Buxara bölgəsinə rəhbərlik edib.

Onun COVID-19 xəstəliyindən ay yarımdan çox müddətdə müalicə aldığı bildirilir. Kun.Uz-ın məlumatına görə, COVID-19-dan əziyyət çəkən hökumət məmuru həm də insult keçirib. Vəziyyəti ağırlaşandan sonra Uktam Barnoev müalicə üçün Almaniyaya aparılıb və orada vəfat edib.