Hindistanda yeni koronavirusa yoluxmaların sürətlə artmasına baxmayaraq, bəzi ştatlarda məktəblərdin açılmasına icazə verilib.
Dünyada 31 milyondan artıq yoluxma təsdiqlənib, bu həftə ölü sayının 1 milyona çatacağı proqnozlaşdırılır. 1,3 milyard əhalisi olan Hindistan hazırda qlobal miqyasda yoluxmaların əsas mənbəyinə çevrilib.
Bu ölkədə COVID-19-a 5.4 milyondan artıq, gündəlik 100 min civarında yoluxma təsdiqlənir. Günə mindən çox ölüm halı qeydə alınır və ümumi say 88 minə yaxındır.
Hazırda Hindistanda bir gündə 1 milyon COVID-19 testi aparıldığı bildirilsə də, real yoluxma və ölü sayının qat-qat artıq olduğu düşünülür.
Buna da bax: 146 yeni yoluxma aşkarlanıb, 1 ölüm
Əhalinin 25 faizində anticism aşkarlanıb
Seroloji testlər əhalinin 25 faizində koronavirusa qarşı anticisim yarandığı göstərdiyindən daha çox insanın virusa yoluxduğu güman olunur.
Artıq mərkəzi hökumət 14-17 yaşlılar üçün könüllü əsasla məktəblərin bərpasına yaşıl işıq yandırıb. Ancaq Dehli, Qucarat, Kerala və Yuxarı Pradeş daxil olmaqla bir çox ştatlar məktəblərin açılması üçün tez olduğunu deyir.
Hindistan hökuməti martdan sərt karantin elan edib. Onmilyonlarla insanın həyatı alt-üst olub, iş yerləri bağlandıqca fəhlələr şəhərlərdən kənd yerlərindəki evlərinə qayıdıblar.
Səhiyyə ekspertləri karantin rejiminin ölkə boyunca virusun yayılmasını səngitdiyini deyirlər. Hazırda virus ən çox kənd yerlərində tüğyan edir, çünki bir çoxları hökumətin qoyduğu qadağalara əməl etmirlər.
Baş nazir Narendra Modi digər ölkələrin yoluyla gedərək qadağaları yenidən tətbiq etmək istəmir.
Altı aylıq qadağandan sonra dünyaca məşhur Tac Mahal da sentyabrın 21-dən açılır.
Buna da bax: Özbəkistan baş nazirinin müavini koronavirusdan vəfat edib
Digər ölkələr
Bu gündən Yeni Zelandiyada qüvvədə olan virus qadağaları qaldırılır. Bircə Oklenddə hələ azı 16 gün bəzi qadağalar qalacaq. 5 milyon ölkəsi olan ölkə avqustda Oklenddə ocaq aşkarlandığından yenidən qadağalar tətbiq edib.
Avropada isə İspaniya, Fransa və Britaniyada çoxları ikinci dalğanın başlanmasından narahatdırlar. Bəzi yerlərdə məhdudiyyətlər yenidən tətbiq olunur.
Dünyada yoluxma və ölü sayına görə öndə gedən Birləşmiş Ştatlarda 1 milyondan çox diaqnostik test aparıldığı açıqlanıb.
İyulun sonunda ökədə bir günə 800 mindən çox test aparılırdı, sentyabrın 13-dək isə ortalama 650 min həddinə düşmüşdü.
Bəzi ekspertlərin fikrincə, pandemiyanın nəzarətə alınması üçün günə 6-10 milyon test həyata keçirilməlidir.
Məhz testlərin keçirilməsində məhdudiyyətlər Birləşmiş Ştatların virusun yayılmasını önləməsinə təsir göstərib. Hazırda Birləşmiş Ştatlarda 6,8 milyondan çox yoluxma və 200 min ölüm halı təsdiqlənib.