Ukraynada kursantların olduğu təyyarə qəzaya uğrayıb-Video

Qəzaya uğrayan An-26 təyyarəsi, 25 sentyabr 2020

Son məlumtlara görə, təyyarə olan 27 nəfərdən 26 nəfəri qəzada həlak olub. Sentyarın 25-də təlim uçuşları keçirən təyyarədə İvan Kojeduba adına Ukrayna milli hava qüvvələri universitetinin kursantları olub.

Təyyarənin Çuquyev aerodromunun uçuş xəttinin 2 kilometrliyində qəzaya uğrayıb. Vilayət administrasiyasının rəhbəri Aleksey Kuçerin dediyinə görə, enişöncəsi ekipaj komandiri sol mühərrikin dayandığını bildirib.

Müdafiə naziri Andrei Taran isə ilkin məlumatlara görə, enərkən təyyarənin qanaqların torpağa ilişdiyini deyib.

***

Xarkov vilayətində Ukrayna silahlı qüvvələrinə məxsus AN-26 təyyarəsi qəzaya uğrayıb. Son rəsmi məlumatda 22 nəfərin həlak olduğu, iki nəfərin ağır yaralandığı, daha üç nəfərin axtarışlarının davam etdirildiyi bildirilir. Təyyarədə 27 nəfərin olduğu, onlardan 5 nəfərin ekipaj üzvləri, qalanlarının isə kursantlar olduğu vurğulanır.

Qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov bölgəsinə yollanıb.

Vilayət administrasiyasının rəhbəri pilotun qəzadan əvvəl mühərriklərdən birindəki nasazlıqdan danışdığını iddia edir. Təlim uçuşu həyata keçirən təyyarə Çuguev hərbi aerodromunun yaxınlığında qəzaya uğrayıb.