Ukrayna Ermənistana uçuşu dayandırır

Arxiv fotosu

Ukrayna Beynəlxalq Hava Yolları Dağlıq Qarabağda döyüşlərə görə Ermənistan paytaxtına növbəti uçuşu dayandırıb.

Kiyevdə mənzillənən şirkət bildirib ki, sentyabrın 28-də gerçəkləşdirilməli olan reys Azərbaycan və Ermənistan üzərində hava məkanının təhlükəsizliyindən dolayı təxirə salınıb.

Kiyevdən Yerevana növbəti uçuşlar oktyabrın 2 və 3-nə, Kiyevdən Bakıya isə oktyabrın 4-nə planlaşdırılır. Bu reyslərin həyata keçirilməsi ilə bağlı qərar daha sonra veriləcək.

Sentyabrın 27-dən Ermənistan-Azərbaycan cəbhə xəttində başlanmış döyüşlərdə 84 erməni hərbçi həlak olub. Azərbaycan həlak olmuş hərbçilərin sayını açıqlamır, azı 9 mülki şəxsin öldürüldüyünü deyir.

Yanvarın 8-də İran silahlı qüvvələri Ukrayna sərnişin təyyarəsini vurmuşdu. Tehran bu addımın texniki səhv olduğunu açıqladı. Bu insidentdən dörd saat qabaq İran İraqdakı ABŞ bazalarına cavab raket zərbələri endirmişdi. Bundan öncə isə İran generalı Bağdad ABŞ dronu tərəfindən öldürülmüşdü.