Moskvada məktəblər iki həftəliyə bağlanır

Arxiv fotosu

Moskvanın meri Sergey Sobyanin deyir ki, Rusiya paytaxtında gələn aya planlaşdırılan tətil daha bir həftə uzadılacaq və məqsəd koronavirusun yayılmasını önləməkdir.

Sobyanin sentyabrın 29-da bildirib ki, şagirdlər oktyabrın 5-dən 18-dək dərsə getməyəcəklər. O, valideynləri həmin müddətdə uşaqlarının evdə qalmasını təmin etməyə çağırıb.

Tətil adətən, bir həftə çəkirdi.

Rusiya 1 milyon 168 minə yaxın yoluxma ilə dünyada dördüncü yerdədir. Sentyabrın 29-da açıqlanan rəsmi məlumata görə, Moskvada son bir sutka ərzində 2 min 300 yeni yoluxma aşkarlanıb və bu, mayın 31-dən ən böyük göstəricidir.

Moskva hakimiyyəti ötən həftə yaşı 65-dən yuxarı, xronik xəstəlikləri olanlara evdə qalmağı tövsiyə etmişdi.

Şəhərdə mağaza və ictimai nəqliyyatda maska taxmaq tələb olunur, böyük şirkətlərin əməkdaşları məsafədən çalışırlar.