Çexiya hökuməti oktyabrın 5-dən ölkə ərazisində yenidən fövqəladə vəziyyət elan olunması barədə təklifi təsdiqləyib. Ölkədə COVID-19-a yoluxma halları kəskin artır.
Səhiyyə naziri Roman Primula sentyabrın 30-da hökumətin fövqəladə iclasından sonra deyib ki, azı ilk iki həftə ərzində açıq havada maksimum 20, qapalı məkanda isə 10 nəfərin bir yerə yığışmasına icazə veriləcək. İdman tədbirlərinə azarkeşlər buraxılmayacaq, orta məktəblər bağlanacaq, tibb tələbələri xəstəxanalara köməyə çağırılacaq. O, teatr və kinoteatrlarım açıq qalacağını, amma müzikl və opera tamaşalarına icazə verilməyəcəyini deyib.
İdman oyunlarına izləyicilərsiz icazə veriləcək.
Çexiya bu ay əhali sayına görə yoluxmalar üzrə Avropada ikinci yerə çıxıb. 10.7 milyon əhalisi olan ölkədə yoluxma sayı 68 minə yaxınlaşır.