Əfqanıstanın cənubundakı Helmand vilayətində hərbi buraxılış məntəqəsində intiharçı hücumu törədilib, azı 9 nəfər öldürülüb.
Sentyabrın 30-da axşam baş vermiş hücumda həlak olanlardan dördü mülki şəxs, onlardan ikisi qadındır.
Bir uşaq və üç təhlükəsizlik əməkdaşı isə yaralanıb.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Helmand vilayətinin böyük hissəsi Taliban qruplaşmasının nəzarətindədir.
Bu hücum Talibanla Əfqanıstan hökumət təmsilçilərinin Qətərdə danışıqlar apardığı bir məqamda baş verib.
Dohada sentyabrın 12-dən başlamış sülh danışıqları ilə eyni vaxtda ölkədə zorakılıq davam edir. Taliban ölkə boyunca atəşkəsdən imtina edir.
BMT-nin Əfqanıstandakı Yardım Missiyası 2020-ci ilin birinci yarısında 1280-dən çox əfqan mülki şəxsin öldürüldüyünü sənədləşdirib.