144 yeni yoluxma aşkarlanıb, 1 ölüm

COVID-19

Son gündə Azərbaycanda koronavirus infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər də müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 2-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 40453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1642 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5248, ötən müddət ərzində isə ümumilikdə 1126538 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.